...

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

Dünya xəbərləri Materials 16 Mart 2026 15:17 (UTC +04:00)
Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yanacağının idxalına başlanmasından sonra Ermənistan bazarında qiymətlər bir neçə səbəbə görə aşağı düşüb.

Bunu Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Qeqam Gevorkyan bildirib.

Birincisi, daşınma xərcləri azalıb, çünki yüklər Azərbaycandan və Gürcüstandan dəmir yolu ilə gətirilir. İkincisi, bazar iştirakçılarından birinin daha ucuz məhsulu meydana çıxıb və digər iştirakçılar da bu reallığa uyğunlaşmağa məcbur olublar.

Onun sözlərinə görə, son beş ildə ölkənin yanacaq bazarında çoxsaylı kiçik şirkətlərdən əlavə üç yeni iri təsərrüfat subyekti fəaliyyətə başlayıb.

“Təəssüf ki, birja qiymətlərinin aşağı olduğu dövrdən istifadə etmək imkanı uzun çəkmədi, çünki hazırda dünya bazarında da qiymətlər artır . Qarşıdakı dövrdə proseslərin necə inkişaf edəcəyini və birjada vəziyyətin necə formalaşacağını anlamalıyıq”, – deyə Gevorkyan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti