...

Tramp əsəbləşdi: Biz onları unutmayacağıq

Dünya xəbərləri Materials 16 Mart 2026 14:58 (UTC +04:00)
Tramp əsəbləşdi: Biz onları unutmayacağıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Böyük Britaniya və digər NATO ölkələrinin ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəstəkləməkdən imtina etməsini unutmayacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqə aviadaşıyıcılar göndərməyi təklif edib. Lakin ABŞ Prezidentinin sözlərinə görə, bunu “müharibə başlamazdan əvvəl” etmək lazım idi.

“Fərq eləmir bizə dəstək olunacaq, ya yox, bir şeyi dəqiq deyə bilərəm və bunu onlara da demişəm: biz bunu yadda saxlayacağıq”,- deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti