Bakı. Trend:
SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Trend xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.
Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Daha sonra təqsirləndirilən İbrahim Əsədli ifadə verib.
Məhkəmənin növbəti iclası 6 aprelə təyin edilib.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.
