...

"Liverpul" - "Qalatasaray" matçının hakimləri açıqlanıb

İdman Materials 16 Mart 2026 15:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Liverpul” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.

Trend UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomas Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Raçkovski yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasındakı ilk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0. Cavab görüşü martın 19-da Liverpulda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti