...

İsrail İranın gizli hərbi mərkəzini vurdu(FOTO)

Dünya xəbərləri Materials 16 Mart 2026 17:33 (UTC +04:00)
İsrail İranın gizli hərbi mərkəzini vurdu(FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Ordusu İranın kosmosda peyklərə qarşı imkanları inkişaf etdirmək üçün istifadə etdiyi mərkəzi məhv edib

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri, hərbi kəşfiyyatın dəqiq məlumatları əsasında, İran terror rejiminin kosmik sahədə fəaliyyət göstərən bir mərkəzini məhv edib. Bu mərkəz peyklərə zərbə endirmək qabiliyyətlərinin inkişafı üçün istifadə olunurdu və bu qabiliyyətlər İsrail Dövlətinin peykləri, eləcə də dünyanın digər ölkələrinin kosmik aktivləri üçün təhlükə hesab olunur”,- IDF-in məlumatında qeyd olunur.

Məlumata əsasən, hədəfə alınan mərkəz hərbi kosmik proqramların hazırlanması üçün istifadə edilirdi. Bu proqramlar çərçivəsində, o cümlədən, İran Müdafiə Nazirliyinin Elektronika Sənayesi tərəfindən hazırlanmış və 2024-cü ilin sentyabrında İnqilab Keşikçiləri tərəfindən kosmosa buraxılmış “Çəmran-1” peyki də yaradılıb.

“İranın terror rejimi uzun illər ərzində kosmosda müharibə imkanlarının inkişafına böyük resurslar sərf edib. Bu, onun hərbi qabiliyyətlərini genişləndirmək və regional, eləcə də beynəlxalq sabitliyi sarsıtmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir”,-deyə məlumatda vurğulanır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti