Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmək tələbinə etiraz edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"O, bizim müharibəmiz deyil, biz onu başlamamışıq. Biz diplomatik həll yollarını və tez bir zamanda bitməsini istəyirik, lakin bölgəyə daha çox hərbi gəmi göndərmək buna çox güman ki, kömək etməyəcək", o bildirib.
Pistoriusun sözlərinə görə, bu yolu ABŞ və İsrail birlikdə seçib.
Bundan əvvəl Ağ Ev rəhbəri Britaniya və bir sıra NATO müttəfiqlərini İrana qarşı əməliyyatlarada ABŞ-a dəstək olmadıqlarına görə tənqid etmişdi. Tramp bu faktı unutmayacaqlarını xüsusi olaraq qeyd etmişdi.
