...

İngiltərədə meningit təhlükəsi: yüzlərlə tələbə antibiotik üçün növbəyə dayanıb

Dünya xəbərləri Materials 16 Mart 2026 19:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Kent qraflığında meningit xəstəliyinin yayılması nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə tələbə isə profilaktik antibiotik almaq üçün növbəyə dayanıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi Kanterberi bölgəsində cümə günündən bazar gününə qədər meningit əlamətləri ilə 13 yoluxma halı qeydə alındığını bildirib.

Mütəxəssislər bildirirlər ki, meningitin konkret hansı ştamdan qaynaqlandığı hələ müəyyən edilməyib. Meningokok bakteriyası beyin qişalarının iltihabına və qan zəhərlənməsinə səbəb ola bilər və bu vəziyyət qısa müddətdə sepsisə gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti