...

"Real" "Bavariya"ya 160 milyon avro ödəməyə hazırdır

İdman Materials 16 Mart 2026 20:56 (UTC +04:00)
"Real" "Bavariya"ya 160 milyon avro ödəməyə hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün iddialı planlar hazırlayır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İspaniya nəhəngi "Bavariya"da çıxış edən Maykl Olise ilə maraqlanır.

"Kral klubu"nun prezidenti Florentino Peres fransalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir. O, 24 yaşlı vingerin transferi üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti