Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlama verib.
O, parlamentdə çıxışı zamanı bildirib ki, sabah Prezident Zelenskini ölkədə qarşılamaqdan məmnun olacaqlar.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya göstərilən dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq yaxın zamanda Zelenski ilə görüşəcəyini qeyd etmişdi.