...

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

İdman Materials 16 Mart 2026 22:11 (UTC +04:00)
Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşınmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya Komitəsinə (MOK) verdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti