...

"Barselona" danimarkalı müdafiəçiyə müqavilə təklif etdi

İdman Materials 16 Mart 2026 23:38 (UTC +04:00)
"Barselona" danimarkalı müdafiəçiyə müqavilə təklif etdi

Bakı. Trend:

"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan Andreas Kristensenlə bağlı qərar verib.

Trend xəbər verir ki, İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlamaq istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Klub Kristensenə 2 illik müqavilə təklif edib. Yeni sözləşmədə 29 yaşlı mərkəz müdafiəçisinin hazırkı maaşının ikiqat azaldılması nəzərdə tutulub. Təcrübəli oyunçu təklifi qəbul etsə, komandada qalacaq.

Qeyd edək ki, Andreal Kristensen 2022-ci ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti