...

Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

Dünya xəbərləri Materials 17 Mart 2026 00:28 (UTC +04:00)
Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin uzun illər ərzində müdafiə etdiyi bəzi dövlətlərin Vaşinqtona lazımi dəstəyi göstərməməsindən narazılığını ifadə edib.

Trend xəbər verir ki, o, bu barədə Ağ Evdə Kennedi Mərkəzinin İdarəçilər Şurasının iclasında çıxışı zamanı danışıb.

Tramp bildirib ki, ABŞ-nin milyardlarla dollar xərcləyərək təxminən 40 il ərzində qoruduğu bəzi ölkələrin eyni addımı atmağa hazır olmayacağını düşünür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Nümayəndələr Palatası və Senata müraciət edərək, ABŞ-ni müdafiə etməyən dövlətlərin niyə qorunduğunu soruşacaq.

ABŞ lideri qeyd edib ki, bu vəziyyəti hər zaman NATO-nun zəif tərəfi kimi qiymətləndirib.

O vurğulayıb ki, müttəfiq ölkələr ABŞ-yə dəstək verməyə hazır olmalı, zərurət yaranarsa, lazım olan hərbi texnikanı da təqdim etməlidirlər.

Tramp əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda Vaşinqtona yardım göstərməyə razılıq verən ölkələrin siyahısını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti