...

WUF13-ün keçiriləcəyi məkan şəhərcik formatında hazırlanır

Cəmiyyət Materials 17 Mart 2026 11:13 (UTC +04:00)
WUF13-ün keçiriləcəyi məkan şəhərcik formatında hazırlanır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu il BMT-nin ən böyük qeyri-siyasi tədbiri mayın 17-22 aralığında Bakıda təşkil ediləcək. WUF13-də 30 minədək iştirakçının tədbirə qoşulacağı gözlənilir.

Trend xəbər verir ki, bu fikirləri bu gün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov “WUF13 - Özəl sektor üçün məlumatlandırma sessiyası"nda deyib.

“Tədbir iki istiqamətli olacaq. WUF13-də dövlət və hökumət rəhbərləri, qeyri-hökumət təşkilatları, alimlər, memarlar, eləcə də özəl sektor nümayəndələrinin iştirakı nəzərdə tutulur”, - o bildirib.

WUF 13 rəsmisi vurğulayıb ki, tədbirin ikinci əsas sütunu “Urban Expo” adlı platformadır.

“Forum çərçivəsində böyük sosial-iqtisadi məsələlər, eləcə də iqlimlə bağlı proseslər müzakirə olunacaq. WUF13 Bakı Olimpiya Stadionunda keçiriləcək və hazırda ərazi şəhərcik formatında qurulur. Azərbaycan şirkətlərini daha fəal olmağa və WUF 13-ə qoşulmağa dəvət edirəm”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti