...

Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Mart 2026 15:17 (UTC +04:00)
Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar, Həsənriz kəndlərinə, Xocavənd rayonunun Xocavənd kəndinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç porsesi olub.

Trend xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.

Doğma yurda çatan ailələrə evlərinin açarları təqdim olunub.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

06:41
xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti