...

Xamenei necə xilas oldu?

Dünya xəbərləri Materials 17 Mart 2026 09:47 (UTC +04:00)
Xamenei necə xilas oldu?
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın Ali lideri Müctəba Xameneinin ölümdən necə qurtulduğunun təfərrüatları məlum olub.

Trend xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Nəşr yazır ki, İranın yeni ali lideri Müctəba Xamenei İsrailin raket hücumu zamanı sağ qalıb. Həmin hücum nəticəsində onun atası Əli Xamenei həlak olub.

Məlumata görə, zərbədən bir neçə dəqiqə əvvəl Müctəba evdən çıxıb.

Nəşrin yazdığına görə, bu məlumat dövlət başçısının aparatının protokol xidmətinin rəhbəri Məzahir Hüseyninin yüksək vəzifəli ruhanilərə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinə müraciətinin sızdırılmış audioyazısından məlum olur.

Muctəba həyat yoldaşı və oğlu ilə birlikdə atasının olduğu eyni kompleksdə idi. Hüseyninin sözlərinə görə, fevralın 28-i səhər saatlarında, zərbədən az əvvəl o, həyətə çıxıb və partlayış baş verən zaman içəridə olmayıb. “O, həyətə nəsə etmək üçün çıxmışdı ..., küçədə idi və yuxarı qalxmağa doğru gedirdi ki, həmin anda binaya raket düşdü”, – protokol xidmətinin rəhbəri bildirib.

Hüseyninin iddiasına görə, partlayış nəticəsində Müctəba “ayağından yüngül xəsarət” alıb. Hücum koordinasiyalı olub: zərbələr eyni vaxtda ofis kompleksinin bir neçə obyektinə endirilib və ehtimal ki, Xamenei ailəsinin tam məhv edilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti