...

ABŞ Kubaya qarşı gizli plan hazırlayıb

Dünya xəbərləri Materials 17 Mart 2026 10:10 (UTC +04:00)
ABŞ Kubaya qarşı gizli plan hazırlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“The New York Times” nəşri ABŞ-nin Kuba prezidentini devirmək üçün apardığı danışıqların təfərrüatlarını öyrənib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Amerikalı danışıqlarçılar həmçinin Kubanın Fidel Kastronun ideyalarına sadiq qalan bəzi yaşlı məmurları hakimiyyətdən uzaqlaşdırmasına razılaşmasını istəyirlər. Dias-Kanel Raul Kastronun varisi olub və 2018-ci ildən prezident vəzifəsini tutur.

ABŞ prezidenti Donald Trampın administrasiyası Kubanın prezidenti Migel Dias-Kanelin hakimiyyətdən uzaqlaşdırılmasına çalışır.

Prezidentin devrilməsi Kubanın qalan hökumətinin dəyişməsi ilə nəticələnməyəcək. NYT mənbələrinin yazdığına görə, ABŞ tərəfi Havanaya aydın şəkildə bildirib ki, prezident getməlidir, lakin digər istefalar Vaşinqtonu maraqlandırmır. Nəşrin həmsöhbətlərinin izahına görə, ABŞ Dias-Kaneli sərt xətt tərəfdarı və iqtisadiyyat üçün zəruri struktur islahatlarının əleyhdarı kimi görür.

Tramp administrasiyasının bəzi rəsmilərinin fikrincə, Kuba dövlət başçısının vəzifədən uzaqlaşdırılması ölkədə Dias-Kanelin dəstəkləməsi ehtimalı az olan struktur iqtisadi dəyişikliklərin həyata keçirilməsinə imkan verə bilər.

Amerikalı danışıqlarçılar həmçinin Kubanın Fidel Kastronun ideyalarına sadiq qalan bəzi yaşlı məmurları hakimiyyətdən uzaqlaşdırmasına razılaşmasını istəyirlər. Bununla belə, iki mənbənin dəqiqləşdirdiyinə görə, ABŞ hələlik Kastro ailəsinin üzvlərinə qarşı hər hansı konkret addımların atılmasını tələb etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti