...

Bakıda yaşayış binasında yanğın söndürüldü (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Mart 2026 12:21 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın söndürüldü (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın söndürülüb sakinlər təxliyə edilib

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunur ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

xxx

12:10

Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti