...

İran futbol üzrə Dünya Çempionatında oyunlarını Meksikada keçirmək istəyir

Dünya xəbərləri Materials 17 Mart 2026 11:56 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran tərəfi hazırda futbol üzrə Dünya Çempionatındakı oyunlarının Meksikada keçirilməsi məqsədilə FIFA ilə müzakirə aparır.

Trend-in məlumatına görə, bunu İranın Futbol Federasiyaları Assosiasiyasının rəbhəri Mehdi Tac yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İranın yığma komandasının təhlükəsizliyini təmin edə bilmədiyini elan etdiyi halda, mütləq İran yığması ABŞ-yə səfər etməyəcək.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti