...

Yaradıcı şəxslərın fəaliyyəti satınalma predmeti kimi çıxış edə bilmir – Nazir müavini

Cəmiyyət Materials 17 Mart 2026 12:45 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yaradıcı şəxslər bəzən fiziki şəxs kimi, bəzən isə hüquqi şəxs formasında fəaliyyət göstərirlər. Lakin onların fəaliyyəti bir çox hallarda satınalma predmeti kimi çıxış edə bilmir.

Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin bugünkü plenar iclasında “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavininin sözlərinə görə, bu səbəbdən də “Qrant haqqında” Qanuna dəyişikliklərin edilməsi zəruridir ki, yaradıcı şəxslərin potensialından mədəni və yaradıcı sənaye sahəsində daha effektiv istifadə edə bilək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti