Azərbaycanda sənaye istehsalı artıb

İqtisadiyyat Materials 17 Mart 2026 12:12 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar-fevral aylarında 9,3 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Emal sənayesində 2026-cı ilin yanvar-fevral aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri sahələrində olub.

Sənaye məhsulunun 56,2 faizi mədənçıxarma sektorunda, 35,5 faizi emal sektorunda, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd edək ki, dövr ərzində emal sektorunda əczaçılıq məhsullarının istehsalı 47,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 47,6 faiz, elektrik avadanlıqlarının istehsalı 48,9 faiz, tikinti materiallarının istehsalı 28,7 faiz, tütün məmulatlarının istehsalı 25,7 faiz, poliqrafiya məhsullarının istehsalı 26,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 23,7 faiz, geyim istehsalı 0,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 1,9 faiz artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti