...

Evlənmək istəyənlərdə ən çox hansı xəstəliklər aşkarlanır?

Cəmiyyət Materials 17 Mart 2026 14:56 (UTC +04:00)
Evlənmək istəyənlərdə ən çox hansı xəstəliklər aşkarlanır?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025–2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri açıqlanıb.

Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən (MHTM) bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində 6 596 nikah öncəsi müayinə aparılıb. Bu müayinələr nəticəsində 268 nəferdə daşıyıcılıq aşkarlanıb.

"Fevral ayı ərzində aparılan müayinələrin sayı isə 7 712 olub. Bu müayinələr nəticəsində isə 272 nəfərdə daşıyıcılıq müəyyən edilib. 2 cütlükdə isə hər iki tərəfdə daşıyıcılıq aşkarlanıb".

Beləliklər, 2026-cı ilin ilk iki ayında ümumilikdə 14308 nikah öncəsi müayinə aparılıb.

2025-ci ildə nikah öncəsi müayinələrin sayı isə 100 761 olub:

"Bu müayinələr nəticəsində cütlüklərin yalnız birində aşkarlanan daşıyıcılıq sayı 3 635 olub. Hər iki tərəfdə daşıyıcılıq aşkarlanan cütlüklərin sayı isə 35 olub.
Ötən il uzrə prenatal diaqnostika ilə bağlı statistika da məlum olub. Belə ki, 2025-ci il ərzində ümumilikdə prenatal 68 müayinə aparılıb. 21 nəfərdə xəstəlik, 32 nəfərdə isə daşıyıcılıq aşkarlanıb. 15 nəfər isə sağlam olub", məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti