...

Pakistan Kabilə zərbə endirdi: 400 ölü (VIDEO)

Dünya xəbərləri Materials 17 Mart 2026 10:39 (UTC +04:00)
Pakistan Kabilə zərbə endirdi: 400 ölü (VIDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gecə Pakistan ordusu Kabil şəhərində və Nəngərhar vilayətində Talibana aid obyektlərə zərbələr endirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Yayım naziri Ataullah Tarar bildirib.

Tarar qeyd edib ki, hücumların hədəfi hərbi obyektlər, sursat anbarları və “terrorçu qruplaşmaların” dəstəklənməsi üçün istifadə olunan infrastruktur olub.

Əfqanıstan hakimiyyəti isə Pakistanı Kabildə narkotik asılılığından müalicə mərkəzinə zərbə endirməkdə ittiham edib.

Hökumət nümayəndələri bildiriblər ki, hücum nəticəsində 400-ə qədər insan həlak olub, təxminən 250 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti