Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində İranın raket və dron hücumları nəticəsində yaralanmış insanların sayı 157 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi “X” hesabında məlumat dərc olunub.
Zərərçəkənlər arasında təxminən 30-a yaxın xarici dövlətin nümayəndələri var.
Xatırladaq ki, bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin martın 17-də 10 İran ballistik raketini və 45 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bəyan edib.
