...

İranda yaralıların sayı 19 mindən çoxdur – Səhiyyə Nazirliyi

Dünya xəbərləri Materials 17 Mart 2026 13:03 (UTC +04:00)
İranda yaralıların sayı 19 mindən çoxdur – Səhiyyə Nazirliyi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevraldan 16 marta qədər ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində 19 324 yaralanıb.

Trend-in məlumatına görə, bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qeyd olunan müddətdə yaralılardan 18 254 nəfər müalicə olunub və buraxılıb, 1 070 nəfər isə hələ də müalicə almaqdadır.

Nazirlik qeyd edir ki, hərbi hava hücumları nəticəsində ölənlərdən 13-nün yaşı 5-dən aşağı, 204 nəfərin isə yaşı 18-dən aşağıdır. Yaralılardan 1 275 nəfərin yaşı 18-dən aşağı, 45 nəfərin isə yaşı 2-dən aşağıdır.

Qeyd olunur ki, hərbi hava hücumları nəticəsində 17 tibb işçisi ölüb, 101 nəfər yaralanıb. Sözügedən müddətdə 159 səhiyyə mərkəzi, 36 müalicə mərkəzi, 46 təcili yardım məntəqəsi, 6 xəstəxana tam şəkildə dağılıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti