Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda daha bir tankerə hücum olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UMTO) məlumat yayıb.
Gəmi Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə liman şəhərindən 23 dəniz mili şərqdə lövbərdə olarkən ona naməlum mərminin dəydiyi bildirilir.
Hücum nəticəsində gəminin göyərtəsinə az-əhəmiyyətli ziyan dəyib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb.
