...

Ötən il CƏB-də 3,5 milyard dollar profisit formalaşıb

İqtisadiyyat Materials 17 Mart 2026 11:06 (UTC +04:00)
Ötən il CƏB-də 3,5 milyard dollar profisit formalaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard dollarlıq profisit formalaşıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 4,6 faizini təşkil edib.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

"Ötən il ərzində neft-qaz sektoru üzrə profisit 13,8 milyard dollar olub. Eyni zamanda qeyri-neft-qaz sektoru üzrə isə 10,4 milyard dollar kəsir formalaşıb.

2025-ci il üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indeks dəyişkənliyindən təsirlənib. Cari əməliyyatlar balansında 3.5 milyard dollar həcmind profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5.4 milyard dollar xalis xarici maliyyə öhdəlikləri isə 0.4 milyard dollar artıb. Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 4.6% təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1.4 milyard dollar azalıb. Lakin ölkənin strateji valyuta aktivləri dövrün sonuna 14.1 milyard dollad artaraq 85.1 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini göstərir", - S. Nəsirov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti