Bakı. Trend:
2025-ci il üzrə Azərbaycanın xalis xarici maliyyə aktivləri 5.4 milyard ABŞ dolları artıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.9 milyard dollar), portfel investisiyaları (1.9 milyard dollar) və digər investisiyalar (2.6 milyard dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə
398.9 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa
investisiyalar (-76.2 milyon dollar), neft bonusu (450.4 milyon
dollar), portfel
investisiyaları (-28.1 milyon dollar) və digər investisiyalar (52.8
milyon dollar) hesabına formalaşıb.
Ümumilikdə, 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrə dinamika 2024-cü ilin göstəricisi ilə müqayisədə qismən yaxşılaşıb", - qeyd edilib.
