Bakı. Trend:
Martın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb
küləyi əsəcək.
Havanın temperaturu gecə 5 dərəcədən 8 dərəcəyədəj, gündüz 10
dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə
sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda
yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi
bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 12
dərəcədən 17 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən 2
dərəcədəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək olacaq.
