Baki. Trend:
Hazırda (2026-cı ilin mart ayı) Azərbaycanda epidemioloji vəziyyət ümumilikdə stabil qiymətləndirilir. Lakin, yazın gəlişi ilə əlaqədar bəzi respirator infeksiyalar hələ də davam edir. Qrip və mövsümi infeksiyalar dekabr-fevral aylarındakı pik dövrdən sonra qripə yoluxma hallarında azalma müşahidə olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, lakin mart ayı dəyişkən hava şəraiti ilə xarakterizə olunduğu üçün virusların yayılması tam dayanmayıb:
“Respirator viruslar uzunmüddətli öskürək və boğaz ağrısı ilə müşayiət olunur. Çox vaxt "ağır qrip" kimi qəbul edilsə də, fərqli bir virusdur. Rinoviruslar və Adenoviruslar "soyuqdəymə" kimi bilinən, daha yüngül keçən, lakin burun tutulması və asqırma ilə müşayiət olunan infeksiyalardır. Simptomlar qripə çox bənzədiyi üçün test olunmadan onları fərqləndirmək çətindir”.
“Xəstəliyin ağır keçməsi halları hazırda kifayət qədər aşağıdır.
Hazırkı infeksiyalar bəzən uzunmüddətli öskürək və pnevmoniya
(ağciyər iltihabı) riski yarada bilər. Buna görə də, "öz-özünə
keçər" deyib gözləmək yerinə, xüsusən yüksək hərarət 3 gündən artıq
davam edərsə, həkimə müraciət etmək lazımdır.
Nələrə diqqət etməli?
1. Qapalı və izdihamlı məkanlarda maskadan istifadə.
2. D vitamini və immun sistemini gücləndirən qidaların qəbulu.
3. Otaqların mütəmadi havalandırılması”, - qurum rəsmisi qeyd
edib.
