...

Ötən il tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub

İqtisadiyyat Materials 17 Mart 2026 11:18 (UTC +04:00)
Ötən il tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O xatırladıb ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard dolları ABŞ dolları kəsir olub.

"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə AMB rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti