...

Ötən il qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3.5 milyard dollar olub - AMB

İqtisadiyyat Materials 17 Mart 2026 12:29 (UTC +04:00)
Ötən il qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3.5 milyard dollar olub - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3.5 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Ümumilikdə, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olmuş, ixrac 2.0 milyard dollar olmaqla 1.5 milyard dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 438.0 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15.0% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.5 milyard dollar olub.

Bunun 74.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub(məkik idxal üçün vəsaitlər istisna olmaqla)", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti