...

Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir - Kobaxidze

Dünya xəbərləri Materials 17 Mart 2026 02:12 (UTC +04:00)
Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir - Kobaxidze

Bakı. Trend:

Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir.

Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

O bildirib ki, Gürcüstan hakimiyyəti ölkəni təxribatlardan qorumaq üçün daim hazırlıq vəziyyətindədir.

“Rustavi 2” telekanalında yayımlanan debat zamanı Baş nazir qeyd edib ki, bəzi siyasi qüvvələr ölkədə qütbləşməni gücləndirməyə çalışır və bu proses xaricdən dəstəklənir.

Kobaxidze vurğulayıb ki, hakimiyyət həm dövlətə, həm də kilsəyə yönələn təxribatların qarşısını almağa çalışır. Ölkə üzərində ciddi təzyiqlər mövcud olub, o cümlədən Gürcüstanın müharibəyə cəlb olunması və sanksiyalara məruz qalması ilə bağlı çağırışlar səslənib.

Baş nazir əlavə edib ki, bəzi beynəlxalq qərarlar da Gürcüstan üçün ədalətsiz olub.

Xəbər lenti

Xəbər lenti