Bakı. Trend:
2025-ci ildə Azərbaycan iqtisadiyyatına 6,595 milyard dollar birbaşa xarici investisiya yatırılıb.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
"Ölkədən xaricə isə 2,528 milyard dollarlıq birbaşa investisiya yatırılıb. Azərbaycandan ən çox yatırım İsrail iqtisadiyyatına yönəldilib ki, (542,6 milyon dollar) bu da "Tamar" layihəsi ilə bağlıdır", - o vurğulayıb.
Xəbər yenilənəcək
