...

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,7 dəfə artıb

İqtisadiyyat Materials 17 Mart 2026 12:55 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,7 dəfə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti