...

Azərbaycanın əmtəə idxalı 3%-dən çox artıb

İqtisadiyyat Materials 17 Mart 2026 12:50 (UTC +04:00)
Azərbaycanın əmtəə idxalı 3%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il üzrə əmtəə idxalı ötən ilə nəzərən (ö.i.n.) 3.1% artaraq 17.7 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri 7.1 milyard dollar olub, bunun da 2.5 milyard dolları ərzaq məhsullarının payına düşür: "Qeyri-neft-qaz sektoru üzrə idxal 3.2% artaraq 15.2 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda: uçuş aparatlarının (7.3 dəfə); dəmiryol nəqliyyat vasitələrinin (3.3 dəfə); minik avtomobillərinin (36.7%); tərəvəz məhsullarının (25.8%); alkoqollu və alkoqolsuz içkilərin (15.4%); ətir və kosmetik vasitələrin (13.9%); tütün və tütün məhsullarının (11.1%); şəkərin (7.7%); traktorların (6.3%); kağız məmulatlarının (4.6%); kərə yağının (4.2%); əczaçılıq məhsullarının (3.9%) və qazanlar, avadanlıq, mexaniki qurğuların (3.6%) idxalı artmışdır. Bu dövrdə, turboreaktiv mühərriklərin (89.7%); gəmilər, qayıqlar və üzən konstruksiyaların (40.6%); mexaniki kürək və ekskavatorların (38.4%); kommutasiya qurğularının (33.4%); yük avtomobillərinin (29.7%); daxiliyanma mühərriklərinin (27.7%); hesablama maşınlarının (22.2%); mebel mallarının (12.8%); dənli bitkilərin (8.1%); daş və şüşə məmulatlarının (6.4%); ağac məmulatlarının (5.6%); metalların (4.2%); kran, klapan, boru kəməri armaturlarının (3.4%); sabun və yuyucu vasitələrin (3.0%) vəbitki yağlarının (1.2%) idxalı isə azalıb".

Qeyd edilib ki, idxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların vəmalların xüsusi çəkisi 3.8% təşkil edərək 0.7 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti