Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı hazırda Yaxın Şərqdə, İran ətrafında baş verən hadisələri izləyir.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
"Hadisələr iki həftədən bir az çoxdur ki başlayıb. Bunun əsasında müxtəlif qlobal əmtəə qiymətlərinin artımı müşahidə olunur. Amma bunun nə qədər, nə dərəcədə keçici, qalıcı olması ilə bağlı hələ də suallar var. Bunun əsasında hazırda proqnoz vermək, hadisələrin cari əməliyyatlar balansına (CƏB) necə təsir edəcəyi ilə bağlı prosesləri diqqətlə izləyirik. Bununla bağlı təhlillər aparırıq. Lakin hələ yenilənmiş proqnozumuz yoxdur. Əgər olarsa, növbəti mətbuat konfransında məlumatı bölüşəcəyik", - o bildirib.
