...

Türkiyədə genişmiqyaslı əməliyyat – 300-dən çox saxlanılan var

Dünya xəbərləri Materials 17 Mart 2026 17:02 (UTC +04:00)
Türkiyədə genişmiqyaslı əməliyyat – 300-dən çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 79 vilayətində vergilərlə bağlı cinayətlərlə əlaqədar iri miqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Əməliyyatlar çərçivəsində 337 şübhəli barəsində tədbir görülüb. 100 milyon TL həcmində vergi itkisinin qarşısı alınıb”, - deyə məlumatda qeyd olunur.

Vilayətlərdə yerli hüquq mühafizə orqanlarının DİN-lə əlaqələndirilmiş şəkildə həyta keçirdiyi əməliyyatın gedişində eyni zamanda 42 qanunsuz siqaret istehsalı müəssisəsi ifşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti