Bakı. Trend:
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, sənədlər 15 aprel 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edilib ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən
Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı-Göyçay, Bakı-Ağcabədi və Bakı-Astara istiqamətlərində 7 lot üzrə mayın 5-də;
Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir istiqamətlərində 5 lot üzrə mayın 8-də;
161 nömrəli (Əmircan qəsəbəsi - Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi - "Koroğlu" NMM), 185 nömrəli (Kürdəxanı qəsəbəsi - Qara Qarayev prospekti), 198 nömrəli (“Koroğlu” NMM - Zabrat qəsəbəsi) şəhərətrafı, 333 nömrəli (Binə qəsəbəsi (Yeni yaşayış massivi) - (Sovxoz yaşayış massivi)) qəsəbədaxili və 551 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Atyalı” yaşayış massivi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda mayın 12-də baxılacaq.
