...

"Azercell" MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 17 Mart 2026 15:57 (UTC +04:00)
"Azercell" MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib (FOTO)

Bakı. Trend:

Barselonada keçirilən "Mobile World Congress" (MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini bir araya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsir edən əsas mövzuların müzakirəsi, innovativ texnoloji həllərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.

"MWC Barcelona 2026" çərçivəsində keçirilən sessiyalarda inklüziv biznes yanaşmaları və gənclərin rəqəmsal rifahı kimi aktual mövzular diqqət mərkəzində olub.

Konqresdə çıxış edən “Azercell Telekom” MMC-nin İnsan Kapitalı üzrə Baş direktoru Dilarə Hüseynova texnologiya sektorunda daha inklüziv mühitin formalaşdırılmasının xüsusi əhəmiyyətini vurğulayıb:

“Azərbaycanın rəqəmsal transformasiyasında aparıcı rol oynayan şirkət olaraq gender inklüzivliyi bizim strateji prioritetlərimizin əsas istiqamətlərindən biridir”.

D. Hüseynova "Azercell"in yeni nəsil qadın İKT mütəxəssislərinin və texnologiya sektorunda qadın liderlərinin yetişdirilməsinə yönəlmiş təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, şirkət bu istiqamətdə müxtəlif mərhələləri əhatə edən sistemli yanaşma tətbiq edir və qızların texnologiya sahəsinə marağının erkən yaşlardan formalaşdırılmasına xüsusi önəm verir.

D. Hüseynova şirkətin həyata keçirdiyi bir sıra sosial layihələr barədə iştirakçıları məlumatlandıraraq, bu sahədə əldə olunan geniş təcrübəni bölüşüb. "Azercell"in qızlardan ibarət milli komandanın Beynəlxalq İnformatika Olimpiadalarına hazırlığına verdiyi dəstək və “Uğur qızlarımızındır” təşəbbüsü xüsusi maraqla qarşılanıb. Eyni zamanda, qadınların rəqəmsal və biznes bacarıqlarının gücləndirilməsinə yönəlmiş “Qadınlara dəstək” sosial layihəsi çərçivəsində qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıq da iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC Beynəlxalq GSM Assosiasiyasının (GSMA) üzvüdür və təşkilatla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Şirkət GSMA və rəqəmsal dövrdə gender bərabərliyinin təşviqinə yönəlmiş EQUALS Gender İnklüzivlik İndeksinin pilot mərhələsində iştirak edərək həyata keçməsinə öz töhfəsini verib. Bu təşəbbüs texnologiya sektorunda inklüzivliyin təşviqinə, sənayedə mövcud stereotiplərlə mübarizəyə və daha inklüziv yanaşmaların formalaşdırılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti