Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Livanın cənubundakı Tir şəhəri ərazisindən mülki əhalinin təxliyəsindən və İsrailə raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri "Hizbullah" terrorçularının hədəflərinə zərbələr endirməyə başlayıb", - deyə bildirilib.