...

Binəqədidə mebel sexində baş verən yanğınla bağlı polislər operativ tədbirlər görür

Cəmiyyət Materials 17 Mart 2026 21:19 (UTC +04:00)
Binəqədidə mebel sexində baş verən yanğınla bağlı polislər operativ tədbirlər görür
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti