...

Ramazanın 28-ci gününün duası - İftar və imsak vaxtları

Cəmiyyət Materials 17 Mart 2026 19:20 (UTC +04:00)
Ramazanın 28-ci gününün duası - İftar və imsak vaxtları
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Ramazan ayının 28-ci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 18-də Bakıda imsak saat 05:21-də, iftar isə saat 19:05-dədir.

Ramazan ayının 28-ci gününün duası:

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".

Tərcüməsi:

"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti