...

İran Əli Laricaninin öldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 18 Mart 2026 01:15 (UTC +04:00)
İran Əli Laricaninin öldüyünü təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hakimiyyəti ABŞ ilə İsrailin zərbələri nəticəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldüyünü təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Ə.Laricaninin "Telegram" kanalında yayımlanan açıqlamada bildirilib.

"Əli Laricanı şəhidlik zirvəsinə çatdı", - deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) İranın Milli Təhlükəsizlik Şurasının Katibi Əli Laricaninin öldürülməsini təsdiq edib.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti