...

Azərbaycan buğda idxalını artırıb

İqtisadiyyat Materials 17 Mart 2026 18:40 (UTC +04:00)
Azərbaycan buğda idxalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 57,896 milyon ABŞ dolları dəyərində 257,3 min ton buğda idxal edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,4 milyon ABŞ dolları və ya 43%, həcm baxımından isə 70 min ton və yaxud 37,2% çoxdur.

Hesabat dövründə buğda idxalı ölkənin ümumi məhsul idxalında 0,98% paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə 439,081 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 5,9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti