Bakı. Trend:
"Hizbullah" təşkilatı Hayfanın şimal-qərbindəki İsrail Hərbi Dəniz Qüvvələri bazasına dəqiq idarə olunan raketlərdən istifadə edərək hücum edib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın "Telegram" kanalında yayımlanan açıqlamasında bildirilib.
Məlumata əsasən, raket zərbəsi İsrail Hərbi Dəniz Qüvvələrinin Atlitdəki 13-cü Donanmasının ("Şayetet 13") qərargahı və dəniz komandolarının yerləşdiyi ərazisinə də endirilib.