Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 1,704 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 3,6 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3%, həcm baxımında isə 1,178 milyon ton və ya 24,7% azdır.
2026-cı ilin yanvar ayında Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk üçlüyündə müvafiq ardıcıllıqla İtaliya (2,428 milyon ton, 1,142 milyard ABŞ dolları dəyərində), Ruminiya (286,3 min ton, 140,7 milyon ABŞ dolları) və Portuqaliya (223,6 min ton, 112,4 milyon ABŞ dollarından çox) yer alıb.
Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft və neft məhsullarının ən böyük 10 idxalçısı göstərilib.
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları ilə ) |
|
İtaliya |
2 427 849,63 |
1 142 037 800 |
|
Rumıniya |
286 280,92 |
140 706 790 |
|
Portuqaliya |
223 549,41 |
112 357 890 |
|
Çexiya |
169 841,63 |
83 922 490 |
|
Almaniya |
154 729,96 |
65 258 730 |
|
Xorvatiya |
86 166,17 |
40 819 950 |
|
Bolqarıstan |
78 494,85 |
37 415 050 |
|
Tunis |
61 269,98 |
29 498 760 |
|
Türkiyə |
47 080,05 |
22 103 540 |
|
İndoneziya |
38 554,41 |
17 866 200 |
|
Digər |
26 490,38 |
12 421 230 |
Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.
