Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri son bir neçə saat ərzində İrandan krallığın hava məkanına daxil olan yeddi dronu vurub.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi xəbər verib.
"Son saatlar ərzində ölkənin hava hücumundan müdafiə qüvvələri İrandan atılan yeddi PUA-nı məhv edib", - deyə qeyd olunub.
Nazirlik bildirib ki, bütün dronlar krallığın Şərq vilayəti üzərindəki səmada vurulub.