Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,738 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 6,3 milyon ABŞ dolları və ya 43,8% çoxdur.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində BƏƏ-nin payı 4,1% təşkil edib.
Həmçinin 2025-ci ildə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 42,127 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 10,4 milyon ABŞ dolları və ya 33% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində BƏƏ-nin payı 3,6% təşkil edib.
2024-cü ildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,418 milyon ABŞ dolları, əks istiqamətdə isə 31,679 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.
