...

NATO ölkələrinin köməyinə ehtiyacımız yoxdur - Tramp

Dünya xəbərləri Materials 17 Mart 2026 19:51 (UTC +04:00)
NATO ölkələrinin köməyinə ehtiyacımız yoxdur - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-yə Yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatlara qarışmaq istəmədikləri barədə məlumat verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, hər bir ölkə ABŞ-nin etdiyi ilə qəti şəkildə razıdır və İranın heç bir şəkildə nüvə silahına sahib olmasına icazə verilə bilməz.

“Lakin onların hərəkətləri məni təəccübləndirmir, çünki mən həmişə eyni ölkələri qorumaq üçün ildə yüz milyardlarla dollar xərclədiyimiz NATO-nu birtərəfli “küçə” hesab etmişəm. Biz onları qoruyacağıq, amma onlar, xüsusən də ehtiyac duyulan bir vaxtda bizim üçün heç nə etməyəcəklər. Xoşbəxtlikdən, biz İranın ordusunu məhv etdik, onların Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, zenit və radar sistemləri yoxa çıxıb. Ən əsası, hər səviyyədə liderləri məhv edilib ki, onlar bir daha bizi, Yaxın Şərq müttəfiqlərimizi və ya dünyanı təhdid etməsinlər. Belə bir hərbi uğur qazandığımız üçün artıq NATO ölkələrinin və eynilə, Yaponiya, Avstraliya və ya Cənubi Koreya köməyinə ehtiyac duymuruq və ya arzulamırıq. Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur”,- deyə Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti