Bakı. Trend:
Dubay hakimiyyəti hava hücumundan müdafiə sistemlərinin İranın raket hücumlarına reaksiya verdiyini bildirib.
Trend-in məlumatına görə, bunu BƏƏ Müdafiə Nazirliyi də təsdiq edib.
Nazirlik bildirib ki, hava hücumundan müdafiə sistemləri İranın raket hücumlarına və pilotsuz uçuş aparatlarının hücumlarına cavab verdi.
"Müdafiə Nazirliyi bildirir ki, eşidilən səslər hava hücumundan müdafiə sistemlərinin işləməsinin nəticəsidir", - deyə nazirlik "X" sosial şəbəkəsində yazıb.
